Dek
2022
19:53
94
28
1506
Virtual karabakh

AGF təmsilçiləri Avropa Gimnastikasının müxtəlif komissiyalarına üzv seçiliblər

3 Dek, 2022
19:53
1506

AGF təmsilçiləri Avropa Gimnastikasının müxtəlif komissiyalarına üzv seçiliblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliyanın Albufeira şəhərində Avropa Gimnastikasının (EG) XXIX Konqresi təşkil olunub.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) Oxu.Az-a verilən məlumata görə, 2 gün davam edən tədbirdə EG-nin rəhbərliyi, Texniki Komitələri və komissiyalarına seçkilər baş tutub.

AGF tərəfindən namizədlikləri irəli sürülən Yevgeniya Vilyayeva bədii gimnastika, Ruslan Eyvazov gimnastika hamı üçün, İnara İsrafilbəyova isə “TeamGym” idman növü üzrə Avropa Gimnastikasının Texniki Komitələrinin üzvlüyünə seçiliblər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri