Dek
2022
21:45
364
66
6927
Virtual karabakh

DÇ-2022: Xorvatiya millisi Yaponiyaya qalib gələrək 1/4 finala yüksəlib - YENİLƏNİB + VİDEO

5 Dek, 2022
21:45
6927

DÇ-2022: Xorvatiya millisi Yaponiyaya qalib gələrək 1/4 finala yüksəlib - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Avropa təmsilçisi 1/8 finalda Yaponiyanı mübarizədən kənarlaşdırıb.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Yaponiyalılardan Daydzen Maedanın 44-cü dəqiqədə vurduğu qola İvan Perişiç 55-ci dəqiqədə cavab verib. Əsas vaxtda qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb.

Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:1) Xorvatiya yığması adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, Xorvatiya yığması 1/4 finalda Braziliya – Cənubi Koreya duelinin qalibi ilə qarşılaşacaq. Bu gün keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

21:34

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final matçında əlavə vaxt başa çatıb.

Burada da hesab (1:1) dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunacaq.

21:03

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final matçında əlavə vaxt başlayıb.

Hələlik oyunda hesab bərabərdir - 1:1.

20:54

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final matçında əlavə vaxt oynanılacaq.

Buna səbəb görüşün əsas vaxtında qalibin müəyyənləşməməsidir.

Hərəyə bir dəfə fərqlənən kollektivlər 1/4 finala növbəti vəsiqə uğrunda ən azı daha 30 dəqiqə mübarizə aparacaqlar.

Bu, Qətərdəki mundialda əsas vaxtda qalibin bəlli olmadığı hələlik ilk qarşılaşmadır.

20:15

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyununda 2-ci qol vurulub.

55-ci dəqiqədə Avropa təmsilçisindən İvan Perişiç tarazlığı bərpa edib - 1:1.

 

20:04

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyununda 2-ci hissə başlayıb.

İlk yarıdan sonra hesab "samuraylar"ın xeyrinədir - 1:0.

19:50

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyununda ilk hissə başa çatıb.

Asiya təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 44-cü dəqiqədə Daydzen Maeda vurub.

19:45

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyununda hesab açılıb.

44-cü dəqiqədə Daydzen Maeda Asiya təmsilçisini önə keçirib -1:0.

19:45

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

17:53

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində üz-üzə gələcək Yaponiya və Xorvatiya yığmalarının start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Yaponiya: 12. Şuiçi Qonda, 5. Yuto Naqatomo, 22. Maya Yoşida, 15. Daiçi Kamada, 16. Takehiro Tomiyasu, 3. Syoqo Taniquti, 6. Vataru Endo, 13. Hidamesa Morita, 8. Ritsu Doan, 14. Dzünyo İto, 25. Daydzen Maeda

Xorvatiya: 1. Dominik Livakoviç, 22. Yosip Yuranoviç, 3. Borna Barişiç, 6. Deyan Lovren, 20. Yosko Qvardiol, 11. Marselo Brozoviç, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 4. İvan Perişiç, 9. Andrey Kramariç, 16. Bruno Petkovic.

Qeyd edək ki, görüş saat 19:00-da start götürəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri