Dek
2022
21:46
596
61
8395
Virtual karabakh

DÇ-2022: Mərakeş penaltilərdə qalib gəlib 1/4 finala çıxdı – YENİLƏNİB + VİDEO

6 Dek, 2022
21:46
8395

DÇ-2022: Mərakeş penaltilərdə qalib gəlib 1/4 finala çıxdı – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsinə yüksələn növbəti komanda Mərakeş olub.

Oxu.Az xəbər verir ki, 1/8 final mərhələsi çərçivəsində keçirilən Mərakeş – İspaniya oyununun əsas və əlavə vaxtında hesab açılmayıb.

Qalibi müəyyənləşdirmək üçün penalti seriyalarına ehtiyac yaranıb. Bu zaman daha dəqiq oynayan şimali afrikalılar 1/4 finala yüksəliblər.

21:35

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Mərakeş və İspaniya yığmaları qarşılaşırlar.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın əsas və əlavə vaxtında hesab açılmayıb.

Matçın qalibi penalti vuruşlarından sonra bəlli olacaq.

20:58

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Mərakeş və İspaniya yığmaları qarşılaşırlar.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın əsas vaxtında hesab açılmayıb.

Matçda əlavə vaxt oynanılır.

20:53

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Mərakeş və İspaniya yığmaları qarşılaşırlar.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın əsas vaxtında hesab açılmayıb.

Matçda hərəsi 15 dəqiqədən ibarət daha iki hissə - əlavə vaxt oynanılacaq. 

20:05

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Mərakeş və İspaniya yığmaları qarşılaşırlar.

Oxu.Az xəbər verir ki, qarşılaşmada ikinci hissə başlayıb. 

İlk hissədə qol olmayıb. 

19:46

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Mərakeş və İspaniya yığmaları qarşılaşırlar.

Oxu.Az xəbər verir ki, qarşılaşmada ilk hissə qolsuz bərabərliklə başa çatıb. 

19:01

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Mərakeş və İspaniya yığmaları qarşılaşırlar.

Oxu.Az xəbər verir ki, qarşılaşma başlayıb. 

18:12

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində üz-üzə gələcək Mərakeş və İspaniya yığmalarının start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Mərakeş: 1. Yassin Bunu, 5. Nayef Aquerd, 6. Romen Saiss, 2. Əşrəf Hakimi, 3. Nussair Mazraui, 4. Sofyan Amrabat, 8. Azeddin Unai, 15. Sekin Amallah, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesiri, 7. Hakim Ziyeş

İspaniya: 23. Unai Simon, 24. Aymerik Lyaport, 18. Jordi Alba, 5. Serxio Buskets, 16. Rodri, 6. Markos Lyorente, 9. Qavi, 26. Pedri, 10. Marko Asensio, 21. Dani Olmo, 11. Ferran Torres

Qeyd edək ki, qarşılaşma saat 19:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri