25 
Dek
2022
17:38
31
137
2812
Virtual karabakh

Premyer Liqa: İlin son matçında dörd qol, dörd qırmızı vərəqə

25 Dek, 2022
17:38
2812

Premyer Liqa: İlin son matçında dörd qol, dörd qırmızı vərəqə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulub.

“Report”un məlumatına görə, ilin və XVIII turun sonuncu oyununda “Zirə” “Kəpəz”i qəbul edib.

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Qonaqların qollarını 25-ci dəqiqədə Fərid Nəbiyev, 41-ci dəqiqədə Nicat Süleymanov vurub. “Qartallar”ın heyətində 11-ci dəqiqədə Rəhim Sadıxov, 90+8-ci dəqiqədə Sertan Taşkın fərqlənib.

Matçda 4 qırmızı vərəqə də göstərilib. 18-ci dəqiqədə “Zirə”dən Coşqun Diniyev, 4 dəqiqə sonra onun komanda yoldaşı Nemanya Ancelkoviç meydandan qovulub. 57-ci dəqiqədə “Kəpəz”in heyətində Elçin Əlicanov, 90+1-ci dəqiqədə isə Giorgi Kantariya eyni halla üzləşib.

Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran Gəncə təmsilçisi 8-ci sıradakı “Sumqayıt”a çatıb. Paytaxt klubu 28 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Neftçi” evdə “Şamaxı”nı 3:0, “Sabah” səfərdə “Sumqayıt”ı 6:0, “Qarabağ” “Səbail”i 3:0 hesabı ilə məğlub edib, “Qəbələ” isə öz meydanında “Turan Tovuz”la qolsuz sülhə razılaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri