Yan
2023
01:26
3
84
1448
Virtual karabakh

ABŞ millisinin məşqçisi məişət zorakılığını etiraf etdi

5 Yan, 2023
01:26
1448

ABŞ millisinin məşqçisi məişət zorakılığını etiraf etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Futbol Federasiyası (US Soccer) baş məşqçi Qreqq Berhalter həyat yoldaşı Rozalində qarşı fiziki zorakılıq epizodunu etiraf etməsindən sonra müstəqil araşdırmaya başlayıb.

Berhalter “Twitter”də bildirib ki, Qətərdə keçirilən dünya çempionatı zamanı adı açıqlanmayan insanlar ABŞ Futbol Federasiyası ilə əlaqə saxlayıb, əllərində məşqçini “sındıracaq” məlumatların olduğunu deyiblər.

Berhalterin sözlərinə görə, o, arvadı ilə 1991-ci ildə aralarında baş vermiş mübahisə barədə danışmaq qərarına gəlib. Cütlük o zaman barda mübahisə edib. Nəticədə Berhalter gələcək həyat yoldaşına təpik vurub.

“O gecə etdiyim hərəkətlərim üçün heç bir bəhanə yoxdur, bu, biabırçı bir hərəkət idi və mən bu günə qədər peşmanam”, - məşqçi bildirib. O qeyd edib ki, həmin mübahisədən sonra Rozalind onu dərhal bağışlamayıb. Berhalter hadisəni dostlarına və qohumlarına danışıb və bir daha belə hərəkətlərə yol verməyib.

ABŞ Futbol Federasiyası zorakılığı pisləyib, lakin hekayəni paylaşdığı üçün məşqçiyə və həyat yoldaşına təşəkkür edib.

Federasiya həmçinin qeyd edib ki, onlar ABŞ futbolunun bir neçə əməkdaşı ilə bağlı kənar şəxslərin “qeyri-münasib davranışlarından” xəbər tutublar.

Berhalterin ABŞ komandasında işini davam etdirməsi hələ də şübhə altındadır - dekabrda federasiya komandanın çıxışının nəticələrini təhlil etmək qərarına gəlib.

Qeyd edək ki, Berhalter 2018-ci ildən ABŞ komandasına rəhbərlik edir. Qətərdə keçirilən dünya çempionatında komanda 1/8 finalda Niderlanda uduzub (1:3).

Mənbə: sportrbc.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri