Yan
2023
22:38
185
17
2592
Virtual karabakh

“Neftçi”nin yeni transferi Təbriz klubu ilə vidalaşdı

9 Yan, 2023
22:38
2592

“Neftçi”nin yeni transferi Təbriz klubu ilə vidalaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin yeni transferi Höccət Haqverdi Təbrizin “Traktor” klubu ilə vidalaşıb.

Azərbaycan millisinin müdafiəçisi bununla bağlı şəxsi “Instagram” səhifəsində paylaşım edib.

“Əziz azarkeşlər, yarım mövsüm sizinlə birlikdə olduq. Şübhəsiz, ayrı qalmaq mənim üçün asan olmayacaq, Azərbaycanın mehriban sakinləri. Amma ümid edirəm ki, daha sonra daha yaxşı şəraitdə dəstəyinizə qarşılıq olaraq, yenidən "Traktor"un formasını geyinə biləcəyəm. Hər birinizə sevgilər, əziz fanatlar. Sonda komandaya mövsümün qalan hissəsində uğurlar arzulayıram”, - təcrübəli oyunçu yazıb.

Qeyd edək ki, Höccət Haqverdi “Neftçi” ilə 1,5 illik müqavilə imzalayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri