21 
Mar
2015
22:13
187
13
2613
Virtual karabakh

Azərbaycanlı cüdoçu Tbilisidə qələbəni bayram etdi

21 Mar, 2015
22:13
2613

Azərbaycanlı cüdoçu Tbilisidə qələbəni bayram etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rüstəm Qran-prinin qalibi oldu.

Tbilisidə cüdo üzrə nüfuzlu Qran-prinin ikinci günündə Azərbaycan yığması daha bir medal qazanıb.

Oxu.Az xəbər verir ki, qızıl medalı 73 kq-dək çəki kateqoriyasında çıxış edən Rüstəm Orucov qazanıb. 

Finala gedən yolda o, Belarus, İtaliya, Ukrayna, Gürcüstandan olan rəqiblərinə qalib gəlib, finalda isə qazax Dastan İkibayevi məğlub edib.

Xatırladaq ki, dünən 66 kq-dək çəki kateqoriyasında çıxış edən digər cüdoçumuz – Tərlan Kərimov bürünc mükafata sahib olmuşdu. Yarışlar sabah başa çatacaq.

F.H.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri