16 
Yan
2023
19:46
21
216
4057
Virtual karabakh

“Qəbələ”nin kapitanı yoxlama oyunundakı dava haqqında: “Ayağıma vurdu, cavabını verdim” - YENİLƏNİB + VİDEO

16 Yan, 2023
19:46
4057

“Qəbələ”nin kapitanı yoxlama oyunundakı dava haqqında: “Ayağıma vurdu, cavabını verdim” - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qəsdən ayağıma vurdu, mən də cavabını verdim”.

Bunu “Report”a açıqlamasında “Qəbələ”nin kapitanı Asif Məmmədov Türkiyənin Antalya şəhərində Çexiyanın “Teplitse” komandasına 1:2 hesabı uduzduqları yoxlama oyununun sonlarında baş vermiş dava barədə danışarkən deyib.

37 yaşlı yarımmüdafiəçi günahın rəqib futbolçuda olduğunu bildirib:

“Həmin epizoddan 2 dəqiqə əvvəl də mənə qarşı aqressiv hərəkət etdi. Topu bilərəkdən mənə doğru vurdu. Amma bu, futboldur və burada belə hallar çox olur”.

Qeyd edək ki, son dəqiqələrdə baş vermiş insidentə görə “Qəbələ” - “Teplitse” oyunu yarımçıq dayandırılıb.

18:10

“Qəbələ”nin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında Çexiyanın “Teplitse” komandası ilə yoxlama oyununda əlbəyaxa dava düşüb.

“Report”un məlumatına görə, insident qarşılaşmanın sonlarına yaxın rəqib futbolçu ilə “qırmızı-qaralar”ın kapitanı Asif Məmmədov arasında baş verib. Daha sonra digər oyunçular insidentə qarışıblar.

Qarşıdurmanın böyüdüyünü görən baş hakim oyunu vaxtından əvvəl - 89-cu dəqiqədə bitirib. Yalnız bundan sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, görüş “Qəbələ”nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri