26 
Yan
2023
09:52
40
15
1293
Virtual karabakh

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq

26 Yan, 2023
09:52
1293

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XIX tura yekun vurulacaq.

Sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

İlk olaraq “Şamaxı” “Səbail”i qəbul edəcək. Bölgə təmsilçisi 13 xalla 8-ci, “dənizçilər” 10 xalla sonuncu - 10-cu pillədə qərarlaşıblar. Komandalar indiyədək Premyer Liqada 21 dəfə üz-üzə gəliblər. Bunların 6-da meydan sahibləri, 7-də qonaqlar qələbə qazanıblar. Topların nisbəti isə bərabərdir - 21:21.

Turun son matçında “Sabah” “Neftçi” ilə qarşılaşacaq. Meydan sahibləri 43 xalla ikinci, “ağ-qaralar” 38 xalla üçüncü sıradadırlar. Tərəflər bu vaxtadək ölkə çempionatlarında 17 dəfə görüşüblər. Bunların 12-də “Neftçi”, 3-də “Sabah” meydanı 3 xalla tərk edib. Topların nisbətində qonaqlar aşkar üstündür - 31:13.

Azərbaycan Premyer Liqası

XIX tur

26 yanvar (cümə axşamı)

14:00. “Şamaxı” - “Səbail”

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, İslam Məmmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elman Musayev

Şamaxı şəhər stadionu.

19:00. “Sabah” - “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rauf Allahverdiyev

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Bank Respublika Arena”.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” evdə “Qəbələ” ilə 2:2 hesablı heç-heçə edib, “Qarabağ” səfərdə “Turan Tovuz”a 3:2, “Zirə” isə evdə “Sumqayıt”a 3:1 hesabı ilə qalib gəlib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri