27 
Yan
2023
02:35
101
53
3076
yuxarı
Madrid derbisində qalib gələn “Real” yarımfinala çıxdı - VİDEO
27 Yan, 2023
02:35
3076
101
53
Madrid derbisində qalib gələn “Real” yarımfinala çıxdı - VİDEO
İspaniya Kral Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, daha iki oyun keçirilib.
“Valensiya” öz meydanında “Atletik Bilbao”ya uduzub – 1:3.
Turun ən maraqlı oyunu isə Madriddə baş tutub. “Real” “Ateltiko”nu qəbul edib.
Oyunda hesabı qonaqlar açıb. Morata 19-cu dəqiqədə fərqlənib. Matçın 79-cu dəqiqəsində Rodriqo hesabı bərabərləşdirib.
Qarşılaşmanın əsas vaxtı bərabərliklə bitdiyindən əlavə vaxta ehtiyac yaranıb.
Əlavə edilmiş dəqiqələrdə Kərim Benzema fərqlənib. Fransalı hücumçu 114-cü dəqiqədə “Real”ı önə çıxarıb. 120+1-ci dəqiqədə isə Vinisius Junior adını tabloya yazdırıb və “Real”ın üstünlüyünü artırıb.
Bu, oyunda vurulmuş sonuncu qol olub.
“Real” 3:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
26 
Mar
2023
13:21
Bakı Olimpiya Stadionu Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilir - FOTO
290
13
1476
26 
Mar
2023
10:17
Böyük Dəbilqə: Yarışın son günündə Azərbaycanın 2 cüdoçusu mübarizə aparacaq
101
16
839