1 
Fev
2023
11:44
77
27
2113
yuxarı
Azərbaycan millisinin İsveçlə oyununun biletləri satışa çıxarılıb
1 Fev, 2023
11:44
2113
77
27
Azərbaycan millisinin İsveçlə oyununun biletləri satışa çıxarılıb
2024-cü il Avropa çempionatının seçmə mərhələsinin II turunda keçiriləcək İsveç-Azərbaycan oyununun bilet satışına start verilib.
Oxu.Az xəbər verir ki, bu barədə İsveç Futbol Assosiasiyası məlumat yayıb.
Biletlərin qiyməti sektordan asılı olaraq 150-300 İsveç kronu (təxminən 25-50 manat), xüsusi assosiasiya biletlərinin qiyməti isə 75 krona (12 manat) bərabərdir.
Qeyd edək ki, İsveç-Azərbaycan matçı martın 27-də Stokholmdakı “Friends Arena”da keçiriləcək.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək