Fev
2023
02:22
104
18
4014
Virtual karabakh

Mbappe iki dəfə penaltini vura bilmədi, PSJ səfərdə qələbə qazandı – VİDEO

2 Fev, 2023
02:22
4014

Mbappe iki dəfə penaltini vura bilmədi, PSJ səfərdə qələbə qazandı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa Liqa 1-in XXI turunda PSJ “Monpelye”yə qonaq olub.

Oxu.Az xəbər verir ki, oyunda bir sıra maraqlı hadisələr olub.

Belə ki, əvvəlcə Kilian Mbappe penalti zərbəsini vura bilməyib. Hakim qaydaların pozulması səbəbindən zərbəni təkrarlatsa da, Mbappe bu şansı da əldən verib.

Ardınca, Lionel Messinin vurduğu qol ofsayt səbəbindən qeydə alınmayıb.

Amma bununla belə, azarkeşlər matçda 4 qola şahidlik ediblər. Qonaqlar 3:1 hesablı qələbəyə seviniblər.

Bu nəticə ilə xallarının sayını 51-ə çatdıran PSJ liderliyini davam etdirib. “Monpelye” isə 20 xalla 14-cüdür.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri