Fev
2023
23:31
151
18
2430
Virtual karabakh

“Mançester Yunayted” Qrinvud haqqında: “Klub onunla bağlı daxili araşdırma aparacaq” - YENİLƏNİB

2 Fev, 2023
23:31
2430

“Mançester Yunayted” Qrinvud haqqında: “Klub onunla bağlı daxili araşdırma aparacaq” - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mançester Yunayted” Meyson Qrinvudla bağlı açıqlama yayıb.

“Futbolçu bu gün zorlama, cinsi təcavüz və ölümlə hədələmə ittihamlarından azad edilib. “Mançester Yunayted” Kral Prokurorluğunun Meyson Qrinvuda qarşı bütün ittihamları götürülməsi barədə qərarını nəzərə alır. İndi növbəti addımları müəyyən etməzdən əvvəl klub Qrinvud ətrafında yaranmış vəziyyətlə bağlı daxili araşdırma aparacaq. Bu proses başa çatana qədər əlavə şərh verilməyəcək”, - deyə klubdan bildirilib.

20:20

“Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud zorlama və cinsi təcavüz ittihamlarından azad edilib.

O, 2022-ci ilin yanvarında sosial şəbəkələrdə keçmiş sevgilisi tərəfindən zorakılıq faktını əks etdirən bir sıra fotoların yayılmasınadan sonra saxlanılmışdı. 21 yaşlı futbolçu zorlama, təcavüz, və ölümlə hədələmədə şübhəli bilinirdi.

Böyük Mançester Polisi bu gün bildirib ki, Qrinvud yuxarıdakı ittihamların hamısından azad olunub.

“21 yaşlı gəncin barəsində 2022-ci ilin yanvarında başlanmış istintaqla bağlı cinayət işinə xitam verilib. İşin mediada geniş işıqlandırılmasını nəzərə alaraq, onun artıq mühakimə olunmadığını bildiririk”, - Böyük Mançester polisi qeyd edib.

Mənbə: sports.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri