6 
Fev
2023
11:00
71
11
698
yuxarı
Azərbaycan şahmatçısı “Airthings Masters”in I divizionunda mübarizəyə başlayır
6 Fev, 2023
11:00
698
71
11
Azərbaycan şahmatçısı “Airthings Masters”in I divizionunda mübarizəyə başlayır
Bu gün Azərbaycan şahmatçısı Rauf Məmmədov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “Airthings Masters” mərhələsinin I divizionunda mübarizəyə başlayacaq.
“Report”un məlumatına görə, 35 yaşlı qrosmeyster 1/4 finalda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək. Tərəflər 4 görüş keçirəcəklər. Qalib növbəti raundda Qukeş Dommaraku (Hindistan) - Hikaru Nakamura (ABŞ) duelinin güclüsü ilə qarşılaşacaq.
1/4 finalda həmçinin Maqnus Karlsen rusiyalı Aleksey Sarana ilə, İran əsilli Alireza Firuzca digər hindistanlı Arcun Eriqaisi ilə oynayacaq.
Qeyd edək ki, “Airthings Masters” fevralın 10-da başa çatacaq.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək