7 
Fev
2023
11:32
122
5
720
yuxarı
Türkiyədəki yarış ləğv olunduğu üçün Azərbaycan idmançıları Bakıya qayıdacaqlar
7 Fev, 2023
11:32
720
122
5
Türkiyədəki yarış ləğv olunduğu üçün Azərbaycan idmançıları Bakıya qayıdacaqlar
Türkiyənin İstanbul şəhərində olan Azərbaycan millisinin taekvondoçuları yaxın zamanda Bakıya qayıdacaqlar.
Bu barədə Oxu.Az-a Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, idmançılar açıq Türkiyə çempionatı ləğv edildiyi üçün geri dönəcəklər.
Qeyd edək ki, Azərbaycan yığması fevralın 4-də start götürən Prezident Kubokunda mübarizə aparıb, 58 kq çəki dərəcəsində Qaşım Maqomedov qızıl medal qazanıb.
Güclü zəlzələ səbəbindən yarış yarımçıq dayandırılıb. Komanda 10-14 fevralda açıq ölkə çempionatında çıxış etməli idi.
Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar bütün daxili idman tədbirləri təxirə salınıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək