16 
Mar
2023
22:56
215
17
4200
Virtual karabakh

“Qarabağ” - “Qalatasaray”: İlk gündə satılan biletlərin sayı AÇIQLANDI

16 Mar, 2023
22:56
4200

“Qarabağ” - “Qalatasaray”: İlk gündə satılan biletlərin sayı AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Olimpiya Stadionunda “Qarabağ” və Türkiyə “Qalatasaray”ı arasında keçiriləcək xeyriyyə oyununa satılan biletlərin sayı açıqlanıb.

Ağdam klubundan verilən məlumata görə, bu gün satışa çıxarılan biletlərin 42 500 ədədi artıq azarkeşlər tərəfindən alınıb.

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “Iticket.az”ın satış məntəqələrindən, klubun fan-şopundan, eyni zamanda “Iticket.az” saytından da əldə etmək olar.

Qeyd edək ki, martın 26-da oynanılacaq matçdan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri