17 
Mar
2023
02:50
45
133
6147
Virtual karabakh

Avropa Liqasında 1/4 finalın bütün iştirakçıları müəyyənləşib - YENİLƏNİB + VİDEO

17 Mar, 2023
02:50
6147

Avropa Liqasında 1/4 finalın bütün iştirakçıları müəyyənləşib - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

1/8 finalın son cavab oyunlarından sonra daha 4 komanda adını növbəti raunda yazdırıb.

Bunlar Belçikanın “Union”, Almaniyanın “Bayer”, İtaliyanın “Roma” və Portuqaliyanın “Sportinq” klublarıdır.

UEFA Avropa Liqası

1/8 final, cavab oyunları

16 mart

00:00. “Arsenal” (İngiltərə) - “Sportinq” (Portuqaliya) - 1:1 (PENALTİLƏRDƏ - 3:5)

Qollar: Qranit Caka, 19 - Pedru Qonsalveş, 62

Qırmızı vərəqə: Manuel Uqarte, 118 ("Sportinq")

İlk oyun - 2:2

00:00. “Ferentsvaroş” (Macarıstan) - “Bayer” (Leverkuzen, Almaniya) - 0:2

Qollar: Mussa Diabi, 3. Amin Adli, 81

İlk oyun - 0:2

00:00. “Real Sosyedad” (İspaniya) - “Roma” (İtaliya) - 0:0

Qırmızı vərəqə: Karlos Fernandes, 90+9 ("Real Sosyedad")

İlk oyun - 0:2

00:00. “Union” (Belçika) - “Union” (Berlin, Almaniya) - 3:0

Qollar: Teddi Teuma, 18. Tyerri Amani, 63. Loik Lapussen, 90+4

İlk oyun - 3:3

00:01

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

8 qarşılaşmadan 4-ü artıq başa çatıb.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” İspaniyada iki cavabsız qolla məğlub olduğu “Sevilya”nı qəbul edib. Görüş İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatsa da, növbəti mərhələyə qonaqlar adlayıblar.

“Sevilya” ilə yanaşı, İngiltərənin "Mançester Yunayted", Niderlandın "Feyenoord" və İtaliyanın "Yuventus" klubları da 1/4 finala vəsiqə qazanıblar.

UEFA Avropa Liqası
1/8 final, cavab oyunları
16 mart

21:45. “Betis” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) - 0:1
Qol: Markus Reşford, 56
İlk oyun - 1:4

21:45. “Fənərbağça” (Türkiyə) - “Sevilya” (İspaniya) - 1:0
Qol: Enner Valensiya, 41 (penalti)
İlk oyun - 0:2

21:45. “Feyenord” (Niderland) - “Şaxtyor” Donetsk (Ukrayna) - 7:1
Qollar: Santyaqo Ximenes, 9. Orkun Kökçü, 24; 38 (penalti). Ussama İdrissi, 49; 60. Alireza Cahanbaxş, 64. Danilu Pereyra, 67 - Kevin Kelsi
İlk oyun - 1:1

21:45. “Frayburq” (Almaniya) - “Yuventus” (İtaliya) - 0:2
Qollar: Duşan Vlahoviç, 45 (penalti). Federiko Kyeza, 90+5
Qırmızı vərəqə: Manuel Qulde, 44 ("Frayburq")
İlk oyun - 0:1

Qeyd edək ki, bu raundun digər 4 cavab oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri