17 
Mar
2023
15:22
145
18
5919
Virtual karabakh

ÇL: “Real Madrid” “Çelsi”yə, “Bavariya” “Mançester Siti”yə rəqib oldu - YENİLƏNİB + VİDEO

17 Mar, 2023
15:22
5919

ÇL: “Real Madrid” “Çelsi”yə, “Bavariya” “Mançester Siti”yə rəqib oldu - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü atılıb.

Oxu.Az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutan mövsümün son püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə “kor püşk” olub. Yəni mübarizəni davam etdirən 8 komandanın hər biri istənilən kluba rəqib ola bilib.

Son çempion “Real Madrid” yarımfinal yolunda “Çelsi” ilə üz-üzə gələcək. Ən maraqlı cütlərdən biri “Bayern” və “Mançester Siti” arasında yaranıb. “İnter” “Benfika” ilə üz-üzə gələcəksə, İtaliyanın digər təmsilçiləri “Milan” və “Napoli” öz aralarında yarımfinalçını müəyyənləşdirəcəklər.

1/4 finaldakı cütlüklərlə yanaşı, yarımfinalın potensial cütlükləri və finalın mümkün “ev sahibi” də müəyyənləşib.

Çempionlar Liqası

1/4 final mərhələsi

“Real Madrid” (İspaniya) - “Çelsi” (İngiltərə)

“İnter” (İtaliya) - “Benfika” (Portuqaliya)

“Mançester Siti” (İngiltərə) - “Bayern” (Almaniya)

“Milan” (İtaliya) - “Napoli” (İtaliya)

Yarımfinal

“Milan” (İtaliya)/“Napoli” (İtaliya) cütünün qalibi - “İnter” (İtaliya) - “Benfika” (Portuqaliya) cütünün qalibi

“Real Madrid” (İspaniya) / “Çelsi” (İngiltərə) cütünün qalibi - “Mançester Siti” (İngiltərə) - “Bayern” (Almaniya) cütünün qalibi

Finalın ev sahibi

“Real Madrid” (İspaniya) / “Çelsi” (İngiltərə) cütünün qalibi - “Mançester Siti” (İngiltərə) - “Bayern” (Almaniya) cütünün qalibi

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 11-12-də, cavab görüşləri 18-19-da keçiriləcək. Yarımfinal qarşılaşmaları 9-10 və 16-17 may tarixlərində oynanılacaq. Çempionlar Liqasının finalı isə iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.

09:16

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü atılacaq.

“Report” xəbər verir ki, UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutacaq mövsümün son püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə “kor püşk” olacaq. Yəni mübarizəni davam etdirən 8 komandanın hər biri istənilən kluba rəqib ola bilər.

1/4 finaldakı cütlüklərlə yanaşı, yarımfinalın potensial cütlükləri və finalın mümkün “ev sahibi” də müəyyənləşəcək:

“Bayern” (Almaniya)

“Benfika” (Portuqaliya)

“Çelsi” (İngiltərə)

“İnter” (İtaliya)

“Mançester Siti” (İngiltərə)

“Milan” (İtaliya)

“Napoli” (İtaliya)

“Real Madrid” (İspaniya).

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 11-12-də, cavab görüşləri 18-19-da keçiriləcək. Yarımfinal qarşılaşmaları 9-10 və 16-17 may tarixlərində oynanılacaq. Çempionlar Liqasının finalı isə iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri