17 
Mar
2023
11:08
28
80
4372
Virtual karabakh

Quqeşaşvili də gedir - “Qalatasaray”la oyunda “Qarabağ”ın qapısını kim qoruyacaq?

17 Mar, 2023
11:08
4372

Quqeşaşvili də gedir - “Qalatasaray”la oyunda “Qarabağ”ın qapısını kim qoruyacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili Gürcüstan millisinə dəvət alıb.

Oxu.Az xəbər verir ki, komandanın baş məşqçisi Villi Sanyol Monqolustana qarşı yoldaşlıq və Norveçlə AVRO-2024-ün seçmə mərhələ oyunları üçün ona da ehtiyac duyub.

Hazırda “Qarabağ”ın martın 26-da “Qalatasaray”a qarşı keçirəcəyi xeyriyyə oyununda qapını kimin qoruyacağı müzakirə mövzusudur. Zədəli Şahruddin Məhəmmədəliyevin yoxluğunda baş məşqçi Qurban Qurbanov məhz gürcü qolkiperə güvənirdi. İndi isə yalnız 3-cü qapıçı Amin Ramazanov düşərgədə olacaq. Ağdam klubu “Qalatasaray” qarşısına ya təcrübəsiz Ramazanovla çıxacaq, ya da digər klublardan kimisə götürmək məcburiyyətində qalacaq. Üstəlik, Aminin də Azərbaycan U-21 millisinin heyətinə cəlb olunmaq variantı var.

Əslində yerli komandaların qapıçılarından üçünün milli komandaya dəvət olunacağını nəzərə aldıqda, bu baxımdan da “Qarabağ”ın çox seçimi qalmır. Üstəlik onu da vurğulamaq lazımdır ki, “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf bu matç üçün heç bir oyunçusunu Ağdam klubuna verməyəcəyini açıqlayıb.

Martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - “Qalatasaray” oyunu saat 20:00-da start götürəcək.

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri