17 
Mar
2023
13:13
120
31
2542
Virtual karabakh

Azərbaycan idmançıları İrəvana gedirlər?

17 Mar, 2023
13:13
2542

Azərbaycan idmançıları İrəvana gedirlər?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan ağır atletləri Ermənistanın paytaxtı İrəvanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatında iştirak edə bilərlər.

Bu barədə Oxu.Az saytına açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev məlumat verib.

Onun sözlərinə görə, onlayn sistemdə qeydiyyatdan keçilib.

“Bəli, biz İrəvandakı yarışda təmsil oluna bilərik. Artıq Avropa Ağır Atletika Federasiyasının sifarişlərin qəbulu üzrə onlayn sistemində qeydiyyatdan keçmişik. Bizim tərəfimizdən hər hansı problem yoxdur. Sadəcə, oradakı təhlükəsizlik tədbirləri və s. ilə bağlı qarşı tərəflə təmaslar olmalıdır. Bu təmaslar hələlik başlamayıb”, - deyə K.Məstəliyev bildirib.

Qeyd edək ki, Avropa çempionatı 15-23 aprel tarixlərində keçiriləcək.

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri