17 
Mar
2023
23:14
178
71
6783
Virtual karabakh

Mahir Emreli “fərqləndi”, “Konyaspor” “Qalatasaray”ın qələbə seriyasına son qoydu - VİDEO

17 Mar, 2023
23:14
6783

Mahir Emreli “fərqləndi”, “Konyaspor” “Qalatasaray”ın qələbə seriyasına son qoydu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Super Liqasında XXVI tura start verilib.

Oxu.Az xəbər verir ki, açılış matçında lider “Qalatasaray” Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Konyaspor”un qonağı olub.

Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Hesabı İstanbul klubununun heyətində Millot Raşitsa açsa da, Soner Dikmen və Oğulcan Ülgünün qolları Konya təmsilçisinə qələbə qazandırıb.

Beləliklə, “Qalatasaray”ın Super Liqada 14 oyunluq qələbə, 15 matçlıq məğlubiyyətsizlik seriyalarına son qoyulub.

Emreli meydana start heyətdə çıxıb və 79-cu dəqiqədə əvəzlənib. O, 15-ci dəqiqədə sarı vərəqə almaqla “fərqlənib”.

Məğlubiyyətə baxmayaraq, 25 matçda 60 xal toplayan “Qalatasaray” vahid liderdir. “Aslanlar” ən yaxın izləyicisi “Fənərbağça”dan 9 addım öndədir. Xalını 34-ə çatdıran “Konyaspor” 8-cidir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri