19 
Mar
2023
23:08
104
22
2947
Virtual karabakh

Çempionluq yarışında "Bavariya"ya ağır zərbə - VİDEO

19 Mar, 2023
23:08
2947

Çempionluq yarışında "Bavariya"ya ağır zərbə - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya Bundesliqasında XXV turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, “Bavariya” xal itkisi ilə üzləşib. Münhen klubu Leverkuzendə “Bayer”ə uduzub - 1:2.

Yozua Kimmixin hesabı açdığı matçda ev sahiblərinin qələbə qollarını penaltidən Ezekel Palasios vurub.

Bu məğlubiyyətdən sonra “Bavariya” 52 xalla 2-ci pillədə qalıb. Münhen klubu lider “Borussiya”dan 1 xal geri qalır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri