24 
Mar
2023
02:07
104
24
3461
Virtual karabakh

İngiltərə İtaliyaya qalib gəldi, Keyn bombardir oldu - VİDEO

24 Mar, 2023
02:07
3461

İngiltərə İtaliyaya qalib gəldi, Keyn bombardir oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2024-ün seçmə mərhələsinə start verilib.

Oxu.Az xəbər verir ki, ilk gündə C, H və J qruplarında ümumilikdə 8 matç keçirilib.

Gecənin oyununda İtaliya və İngiltərə yığmaları birincilərin meydanında üz-üzə gəliblər. C qrupunda yer alan komandaların qarşılaşması qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı ingilislər açıblar. 13-cü dəqiqədə Deklan Rays fərqlənib. Harri Keyn 44-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə fərqi iki topa yüksəldib. Yığma komandada 54-cü qolunu vuran forvard bununla İngiltərə millisi tarixinin ən məhsuldar oyunçusu adına yiyələnib. İtalyanlar ikinci yarıda Matteo Retegi ilə fərqi azaltsalar da, daha artığına gücləri çatmayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri