30 
Mar
2023
12:36
86
25
2253
Virtual karabakh

David Vilya İspaniyada klub aldı

30 Mar, 2023
12:36
2253

David Vilya İspaniyada klub aldı

“Barselona”nın sabiq futbolçusu David Vilya klub alıb.

41 yaşlı keçmiş hücumçu İspaniyanın altıncı liqasında çıxış edən “Benidorm” komandasına sahiblənib. Daha əvvəl onun da daxil olduğu konsorsium ABŞ-də “Kinsboro”nu alıb.

“Benidorm”un keçmiş prezidenti Xose Santyaqo Lopes David Vilyaya uğur arzulayıb və komandanın əvvəlki mövqeyinə qayıdacağına ümid etdiyini bildirib. Sözügedən klub XX əsrin sonlarında altıncı deyil, üçüncü liqada mübarizə aparırdı.

Mənbə: onefootball.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri