30 
Mar
2023
17:40
79
12
1421
Virtual karabakh

Bir problemi həll edilən “Turan Tovuz”un növbəti hədəfləri nələrdir?

30 Mar, 2023
17:40
1421

Bir problemi həll edilən “Turan Tovuz”un növbəti hədəfləri nələrdir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Turan Tovuz”un ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda tablo problemi həll edilib.

Oxu.Az xəbər verir ki, artıq dünən yeni tablo quraşdırılıb və növbəti matçdan istifadə edilə bilər.

Tovuz stadionunda işlər bununla yekunlaşmayacaq. Qərb təmsilçisinin rəhbərliyinin yaxın gələcək üçün daha iki planı var. Bunlardan birincisi arenada işıqlandırma sisteminin quraşdırılmasıdır. Klub mümkün olarsa, mövsümün sonuna qədər, alınmayacağı təqdirdə yayda məsələni yoluna qoymaq istəyir.

Hazırda Tovuz şəhər stadionunda projektorlar olmadığı üçün komanda ev oyunlarını günün erkən saatlarında keçirir. Bu isə xüsusən isti havalarda narazılığa səbəb olur.

Daha bir məsələ meydançanın ot örtüyünün dəyişdirilməsidir. Hazırda stadionda süni ot örtüyüdür. Ancaq klub bunu təbii ot örtüyü ilə əvəzləmək istəyir. Proses işıqlandırma sistemi ilə müqayisədə daha çox vaxt və maliyyə tələb edir. Bu səbəbdən örtüyün tezliklə dəyişdirilməsi mümkün görünmür, ancaq klub məsələni çox yubatmaq da istəmir.

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri