27 
May
2023
18:12
192
37
963
Virtual karabakh

“Qarabağ”ın futbolçusu: “Avropada bəzi komandalar bizdən qorxurlar”

27 May, 2023
18:12
963

“Qarabağ”ın futbolçusu: “Avropada bəzi komandalar bizdən qorxurlar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Titul qazandığımıza görə çox xoşbəxtik. Avrokuboklarda da yaxşı çıxış etdik. Yeni mövsümdə də avrokuboklarda uğurlu çıxış etmək istəyirik”.

Bunu Oxu.Az-a açıqlamasında “Qarabağ”ın futbolçusu Marko Veşoviç deyib.

Performansından razı olduğunu söyləyən monteneqrolu müdafiəçi daha yaxşı ola biləcəyini qeyd edib:

“Təbii ki, performansımdan razıyam. Əsasən də mövsümün ilk yarısındakı performansımdan. Amma bilirəm ki, daha da yaxşı ola bilərəm. Onu etməyə çalışacağam”.

Təcrübəli futbolçu komandasının Çempionlar Liqasında çətin rəqiblərlə üz-üzə gələcəyini deyib:

“Təbii ki, çox çətin komandalarla qarşılaşacağıq. İndidən dəqiq nəsə demək çətindir. Ancaq bəzi komandalardan xəbərim var. Rumıniya, Polşa kimi ölkələrin çempionları olacaq. Onlara qarşı yaxşı hazırlaşmaq lazımdır. Keçən mövsüm hər raundda bizə ən ağır rəqiblər düşmüşdü. Çempionlar Liqasının qrupuna düşmək yolu çox çətin idi”.

M.Veşoviç heç bir komandadan çəkinmədiklərini bildirib:

“Biz hər bir komandanı məğlub edə bilərik. Bunu da göstərmişik. Ona görə deyirəm ki, heç kimdən qorxmuruq. Amma keçən il Çempionlar Liqasının qrupuna düşmək üçün ağır yol getdik. Fikirləşirəm ki, bu dəfə bizə yüngül olar. Püşkatmanın necə olacağı çox maraqlıdır. Ona görə deyirəm ki, hansı rəqib düşsə, oynayacağıq. Avropada bəzi komandalar “Qarabağ”dan qorxurlar. Biz də daha da yaxşı olmaq istəyiriksə, daha uğurlu çıxış edək. Çünki potensialımız var”.

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri