İyn
2023
11:37
76
9
1154
Virtual karabakh

“Araz Naxçıvan”dan göndərilən braziliyalı mütəxəssis Azərbaycan millisini də tərk edir - YENİLƏNİB

5 İyn, 2023
11:37
1154

“Araz Naxçıvan”dan göndərilən braziliyalı mütəxəssis Azərbaycan millisini də tərk edir - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Araz Naxçıvan” futzal klubunu tərk edən Joze Alesio Azərbaycan milli komandasından da ayrılacaq.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, braziliyalı mütəxəssisin klubla yanaşı, milli ilə də müqaviləsi başa çatıb.

Ənənəyə əsasən, yığma komandanın bazasını təşkil edən “Araz Naxçıvan”ın çalışdırıcısı bir qayda olaraq milliyə də rəhbərlik edir. Beləliklə, Vitali Borisov “Araz Naxçıvan”la yanaşı, ölkənin əsas komandasının da baş məşqçisi olacaq.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov Oxu.Az-a açıqlamasında Alesionun milli komanda ilə müqaviləsinin başa çatdığını təsdiqləyib:

“Yekun qərarı isə AFFA İcraiyyə Komitəsi verəcək”, - M.Məmmədov qeyd edib.

10:28

17 qat Azərbaycan çempionu və yeni mövsümdə növbəti dəfə ölkəni UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan”da baş məşqçi vəzifəsinə yeni təyinat reallaşıb.

Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, mayın 31-də müqaviləsi başa çatan braziliyalı Joze Alesio Da Silva və onun köməkçisi Cordan Silva ilə müqavilə yenilənməyib.

Baş məşqçi postuna Vitali Borisov təyin olunub. Ona serb mütəxəssislər - Predraq Raiç və qapıçı-məşqçi Zoran Rakiçeviç kömək edəcək. P.Raiç bir müddət EKOL komandasında çıxış edib və baş məşqçi kimi fəaliyyət göstərib. Hər 3 məşqçi ilə anlaşma 1 il müddətinədir.

Qeyd edək ki, Vitali Borisov Azərbaycan millisinin, eləcə də “Araz-Naxçıvan”ın heyətində çıxış edib, kapitan sarğısını daşıyıb. O, futzalçı kimi müxtəlif illərdə Rusiya və Serbiya klublarında da legioner həyatı yaşayıb. Məşqçi kimi isə 2 il əvvəl “Neftçi” İK-da fəaliyyət göstərib. O, komandada köməkçi-məşqçi vəzifəsini icra edib. 2021-2022-ci il mövsümündə “Neftçi” İK Yüksək Liqanın bürünc medalını qazanıb, Azərbaycan kubokunun qalibi olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri