İyn
2023
11:28
55
43
2128
Virtual karabakh

Regekampf “Neftçi”dən getmək üçün 100 min avro tələb edir

5 İyn, 2023
11:28
2128

Regekampf “Neftçi”dən getmək üçün 100 min avro tələb edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” baş məşqçisi Laurentsiu Regekampfla yollarını ayırmaq istəyir.

Azərbaycan Premyer Liqasında çempion “Qarabağ”dan 22 xal geri qalaraq 3-cü yeri tutan Bakı klubu Azərbaycan Kubokunun da finalında “Qəbələ”yə məğlub olaraq (0:1) mövsümü titulsuz başa vurub. Bu səbəbdən klub rəhbərliyi baş məşqçini dəyişmək niyyətindədir.

48 yaşlı mütəxəssisin müqaviləsində xitam maddəsi var. Regekampf sözləşmənin qarşılıqlı razılıqla ləğvi üçün 100 min avro tələb edib. “Ağ-qaralar” bu məbləği ödəmək istəmirlər.

Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə müqaviləsi gələn ilin yayına qədərdir.

Mənbə: playsport.ro

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri