5 
İyn
2023
14:28
70
31
1553
yuxarı
“Real Madrid”dən ayrılan Eden Azar karyerasını başa vura bilər
5 İyn, 2023
14:28
1553
70
31
“Real Madrid”dən ayrılan Eden Azar karyerasını başa vura bilər
“Real Madrid”dən ayrılan Eden Azar futbolçu karyerasını başa vura bilər.
İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, belçikalı vinger karyerasını davam etdirmək üçün yaxşı variant tapmasa, futbolla vidalaşmağı istisna etmir.
32 yaşlı futbolçu iyunun 3-də “Real Madrid”lə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib. Onun klubla sözləşməsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Azar ötən mövsüm İspaniya La Liqasında 6 matç keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: gazeta.ru
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək