İyn
2023
12:52
52
7
1573
Virtual karabakh

“Turan Tovuz” ilk transferini reallaşdırdı

5 İyn, 2023
12:52
1573

“Turan Tovuz” ilk transferini reallaşdırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kəpəz”dən ayrılan Fərid Nəbiyevin yeni klubu müəyyənləşib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 23 yaşlı yarımmüdafiəçi “Turan Tovuz”da oynayacaq. Tərəflər 1 illik müqaviləni razılaşdırıblar.

Əslində, “Kəpəz” futbolçunu heyətində saxlamaq istəyib. Ancaq F.Nəbiyevin daha əvvəl formasını geyindiyi Çexiyanın “Viktoriya” (Jijkov) klubu gənc oyunçu üçün qarşı tərəfdən yetişdirmə haqqı tələb edib. Bu, keçən ilin yayında Gəncə təmsilçisi oyunçu ilə sözləşmə imzalayarkən bənd kimi müqaviləyə daxil edilib. “Turan Tovuz” isə azad agent olan mərkəz yarımmüdafiəçisi üçün hər hansı haqq ödəməyəcək.

Xatırladaq ki, Fərid Nəbiyev ötən mövsüm “Kəpəz”in heyətində 33 oyun keçirib, 5 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Turan Tovuz” “Sumqayıt”dan ayrılan qapıçı Aydın Bayramovla da ilkin razılıq əldə edib.

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri