22 
Avq
2023
17:42
196
5
1397
Virtual karabakh

Azərbaycan idmançısı dünya çempionatında rekord qırıb iki medal qazandı - VİDEO

22 Avq, 2023
17:42
1397

Azərbaycan idmançısı dünya çempionatında rekord qırıb iki medal qazandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan para-pauerliftinqçisi Talıb Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən pauerliftinq üzrə dünya çempionatında rekord qırıb.

Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Gənclərin yarışında iştirak edən və 107 kiloqramdan artıq çəki dərəcəsində yarışan idmançımız üçüncü cəhdində 160 kiloqram ağırlığı qaldırıb. Bununla o, yeni rekorda imza atsa da, daha sonra misirli idmançı bu rekordu yeniləyib.

Yekunda idmançı iki gümüş mükafata yiyələnib. O, ən yaxşı nəticəyə (160 kq) və umumi çəkiyə (307 kq) görə buna nail olub.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri