İyn
2015
22:49
112
23
3815
Virtual karabakh

Blatter vəzifəsindən istefa verir

2 İyn, 2015
22:49
3815

Blatter vəzifəsindən istefa verir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən FİFA-nı çox qiymətləndirirəm”.

FİFA prezidenti Yozef Blatter vəzifəsindən getdiyini bəyan edib.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Yozef Blatter bu barədə Sürixdə keçirilən mətbuat konfransında bildirib.

“Mən FİFA-nı çox qiymətləndirirəm, və futbolun inkişafı üçün əlimdən gələni edirəm. Mən seçkilərdə qalib gəldim, lakin mənim ünvanıma çağırışlar bitmədi”. 

FİFA prezidenti öz varisinin adını açqlamaq üçün təşkilatın icraedici komitəsindən növbədənkənar iclas keçirilməsini xahiş edib. 

Növbədənkənar iclas 2015-ci ilin dekabrından 2016-cı ilin mart ayına qədər olan müddətdə keçiriləcək.

Blatter öz vəzifələrini növbəti fövqəladə konqressinə qədər yerinə yetirəcək.

Qeyd edək ki, mayın 29-da Blatter 5-ci dəfə FİFA-nın prezidenti seçilib. O 1998-ci ildən etibarən təşkilata rəhbərlik edir.
 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri