24 
Dek
2023
20:35
194
31
4729
Virtual karabakh

Premyer Liqa: “Qarabağ” ilin son oyununda qələbə qazanıb - YENİLƏNİB + VİDEO

24 Dek, 2023
20:35
4729

Premyer Liqa: “Qarabağ” ilin son oyununda qələbə qazanıb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura və mövsümün ilk yarısına yekun vurulub.

Oxu.Az xəbər verir ki, ilin sonuncu oyununda “Zirə” “Qarabağ”ı qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Qonaqların qolunu 30-cu dəqiqədə Olavio Juninyo vurub.

Bu nəticədən sonra xallarının sayını 41-ə çatdıran “köhlən atlar” liderliyini möhkəmləndirib. “Qartallar” 29 xalla ikinci sıradadır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Sabah”ı, “Sumqayıt” “Səbail”i 1:0 hesabı ilə üstələyib. “Turan Tovuz” “Araz-Naxçıvan”ı (3:1), “Neftçi” isə “Kəpəz”i (2:0) məğlub edib.

18:14

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, "Neftçi" doğma meydanda "Kəpəz"i qəbul edib.

Qarşılaşma "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Paytaxt təmsilçisinin qollarını 8-ci dəqiqədə Azər Salahlı, 71-ci dəqiqədə Andre Şinyaşiki vurub.

Qələbə sayəsində xallarının sayını 28-ə çatdıran "Neftçi" üçüncü pilləyə yüksəlib. Gəncə klubu 14 xalla 9-cu sıradadır.

Qeyd edək ki, bu gün turun sonuncu görüşündə "Zirə" "Qarabağ"ı qəbul edəcək. Əvvəlki matçlarda "Turan Tovuz" "Araz Naxçıvan"ı (3:1), "Sumqayıt" "Səbail"i (1:0), "Qəbələ" isə "Sabah"ı (1:0) məğlub edib.

12:40

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, ötən gündən təxirə salınmış matçda “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gəlib.

Qarşılaşma Tovuz təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Saat 12:00-da başlanan görüş 81-ci dəqiqədən davam edib. 89-cu dəqiqədə Ayxan Quseynov fərqlənib.

Meydan sahibləri bu nəticədən sonra xallarının sayını 22-ə çatdırıb və “Sabah”la birlikdə 6-7-ci yerləri bölüşdürür. Naxçıvan klubu 26 xalla beşincidir.

Qeyd edək ki, matç ötən gün işıq dirəklərinin birinin aşması nəticəsində təxirə salınmışdı.

09:25

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq.

Oxu.Az-ın məlumatına görə, ilk olaraq ötən gündən təxirə salınmış “Turan Tovuz” - “Araz-Naxçıvan” oyunu reallaşacaq.

Matçın keçirildiyi Tovuz şəhər stadionunda işıq dirəklərindən biri aşıb, görüş dayandırılarkən isə “Turan Tovuz” hesabda 2:1 öndə olub. Saat 12:00-da başlanacaq qarşılaşma 81-ci dəqiqədən davam edəcək. Meydan sahibləri hazırda 19 xalla 8-ci, Naxçıvan təmsilçisi 26 xalla 5-cidir.

“Neftçi” 2023-cü ildəki sonuncu oyununda “Kəpəz”i qəbul edəcək. Matç saat 16:00-da olacaq. “Ağ-qaralar” 25 xalla 6-cı, qonaqlar 14 xalla 9-cu sıradadır.

Günün sonuncu qarşılaşmasında “Qarabağ” səfərdə “Zirə” ilə üz-üzə gələcək. Görüş saat 18:30-da start götürəcək. Ağdam klubu 38 xalla liderdir, “qartallar” 29 xalla ikinci pillədə qərarlaşıb.

Azərbaycan Premyerm Liqası
XVIII

12:00. Turan Tovuz” – “Araz-Naxçıvan” (81-ci dəqiqədən davam edəcək)
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu

16:00. “Neftçi” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Neftçi Arena”

18:30. “Zirə” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” Sabah”ı “Sumqayıt” “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri