15 
İyl
2015
11:13
123
23
4954
Virtual karabakh

Əfsanəvi Fyodor Yemelyanenko rinqə qayıdır

15 İyl, 2015
11:13
4954

Əfsanəvi Fyodor Yemelyanenko rinqə qayıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qayıtmağın zamanı gəldiyini hiss edirəm”.

Əfsanəvi rusiyalı döyüşçü, MMA üzrə dəfələrlə dünya çempionu olan, Rusiya MMA İttifaqının prezidenti Fyodor Yemelyanenko karyerasını bərpa etdirməyə dair qərar qəbul edib.

Hər bir idmançı üçün öz sevimli işi ilə məşğul olmaq imkanı çox vacibdir: məşqlər, yarışlarda iştirak, vətənin şərəfini qorumaq, - Oxu.Az Yemelyanenkonun Çempionat.com-da dərc edilmiş sözlərindən sitat gətirir.

“Nazirlikdə işlədiyi zaman ərzində idman federasiyalarının prezidentləri ilə sıx əlaqə qurmağa nail oldum, idmanın daxili problemlərini öyrəndim, imkanım daxilində onları həll etməyə cəhd etdim. Amma indi rinqə qayıtmağın vaxtının gəldiyini hiss edirəm.

Mən köhnə travmalarımı müalicə etdirdim və bərpa olundum. Mən son üç ildə fiziki formamı qoruyub saxladım, amma bu, rinqə çıxmaq üçün lazımi səviyyə deyil. Ona görə də bu yaxınlarda intensiv hazırlığa başladım. Biz müxtəlif istiqamətlərdə fəaliyyət göstərən məşqçi və idmançılardan komanda yığmışıq, onlar mənə məşq prosesində yardım edəcəklər.

Mən döyüşçülərin peşəkar inkişafında iştirak etməyə çalışacağam. Rinqə çıxmaq üçün hələ çox çalışmaq lazımdır. İndi döyüşlər keçirən şirkətlərlə danışıqlar aparılır. Razılıq əldə edilən kimi döyüş və rəqib haqqında informasiya yayılacaq”, - Yemelyanenkonun sözlərini Rusiya MMA ittifaqının rəsmi saytı dərc edib.    

Xatırladaq ki, öz son döyüşünü Yemelyanenko 2012-ci ilin iyun ayının 21-də Sankt-Peterburqda braziliyalı Pedro Rizzu ilə keçirib. Bu döyüşdə o, elə birinci raundda nokaut ilə qələbə qazanıb. Ümumilikdə peşəkar rinqdə 38 döyüşdən 36-da qələbə qazanıb.

F.H.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri