21 
İyl
2015
11:00
81
16
6338
Virtual karabakh

Blatteri pula tutdular – VİDEO

21 İyl, 2015
11:00
6338

Blatteri pula tutdular – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hadisə mətbuat konfransından öncə baş verib.

FİFA prezidenti Yozef Blatter onun stoluna tərəf boz kostyumlu kişi sıçrayarkən mətbuat konfransına başlamağa hazırlaşırdı.

Oxu.Az Sports.ru-ya istinadən xəbər verir ki, onun pencəyinə Şimali Koreyanın bayrağı nişanı bərkidilmişdi, sinəsindən bir az aşağıda beycin altında isə daha bir bayraq - KXDR bayrağı tikilmişdi.

“Bu, Şimali Koreyada DÇ-2026 üçündür” deyən kişi Blatterin qarşısına 1-10 dollar dəyərində bir bağlama saxta dollar qoyub. Əlində isə daha bir bağlama qalıb.

Məlum olub ki, bu, britaniyalı məzhəkəçi Li Nelson (əsl adı – Saymon Brodkindir) olub.

“Çox sağ olun. Şimali Koreya futbolunun nümayəndəsi kimi, FİFA ilə Dünya çempionatı 2026-nın keçirilməsinə dair razılıq əldə etdiyimizdən razıyam”, Nelson çox sakit tərzdə davam edib.

“Təşəkkürlər! Haydı Zepp. Hər şey danışdığımız kimi. Əla işdir”, - sonda Nelson qışqıraraq bildirib.

“İlkin olaraq biz burada səliqə yaratmalıyıq”, - deyən FİFA prezidenti narazılıq bildirərək stol arxasından qalxaraq gedib.

FİFA əməkdaşları bütün konfrans zalına dağılan saxta dollarları yığışdırıblar.

Qayıdan Blatter gərginliyi aradan qaldırmaq üçün deyib:

“Mən hələ ki sağam, sunami dalğaları məni heç hara aparmayıb. Bunun futbol ilə heç bir əlaqəsi yoxdur. Mən indi rəhmətlik anamla danışdım o, mənə “Narahat olma, bu, tərbiyə və təhsilin çatışmazlığıdır” dedi”.

Hadisə nəticəsində Li Nelson İsveçrə polisi tərəfindən saxlanılıb. Bu, ilk dəfə deyildi. Məzhəkəçi artıq 2013-cü ilin mart ayında “Everton”-“Mançester Siti” matçından öncə “Qudison Park” meydanına soxularkən saxlanılıb. Nelson “Siti”nin məşq formasını geyərək mühafizəni keçib, Co Hart və Kolo Ture qarşısında isinmə hərəkətlərini yerinə yetirib. Bu, oyunçuları narahat etməyib, onlar naməlum kişinin bu hərəkətlərinə gülüblər, “Siti”nin məşqçilərindən biri onun stadiondan çıxarılmasını xahiş edib.

Keçən il Nelson İngiltərə yığması ilə DÇ-2014-dən öncə təlim məşqlərinə az qala Floridaya uçacaqdı. O, bütün futbolçular kimi klassik kostyumda olub. Bu dəfə də iş saxlanma ilə nəticələnib.  

Bir müddət Nelson BBC ilə əməkdaşlıq edib və bir neçə futbol çarxı buraxıb. Bu çarxlarda o, məşqçini Meksika narkobaronu kimi bığ uzatmağa və ya 4-6-3... taktikasını sınaqdan keçirməyə məcbur edə bilən ingilis futbolçu Ceyson Bent kimi çıxış edib.

F.H.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri