20 
Mar
2024
23:44
201
27
3984
Virtual karabakh

Dani Alveşin azadlığa buraxılması üçün bir milyon avro məbləğində pulu kim ödəyəcək? - YENİLƏNİB + VİDEO

20 Mar, 2024
23:44
3984

Dani Alveşin azadlığa buraxılması üçün bir milyon avro məbləğində pulu kim ödəyəcək? - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neymarın atası Alveşin azadlığa buraxılması üçün bir milyon avro məbləğində girov ödəyəcək.

Braziliya millisinin sabiq futbolçusu Dani Alves gecə klubunda qıza qarşı cinsi təcavüzdə təqsirli bilinərək dörd il yarım müddətinə azadlıqdan məhrum edilib.

Qeyd olunur ki, Alvesin “Barselona”, “PSJ” və milli komandada birgə çıxış etdiyi hücumçu Neymarın atası hesabları dondurulan futbolçuya görə girov ödəyəcək.

Əvvəllər Neymarın ailəsi 150 min avro ödəmişdi ki, bu məbləğ zərərçəkənə dəyən mənəvi zərərin ödənilməsi üçün ayrılmış və cəzanın azaldılması üçün yüngülləşdirici hal olmuşdu.

Mənbə: La Vanguardia

16:38

İspaniyanın “Barselona” klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş azadlığa buraxılıb.

Bu barədə “Marka” nəşri məlumat yayıb.

Keçmiş müdafiəçi yekun qərar çıxarılana qədər həbsdə olmayacaq.

Barselona məhkəməsi son hökm çıxana qədər onun evinə buraxılmasını qərara alıb. Alveş bunun üçün bir milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Dani Alveş 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq 4,5 il həbs cəzasına məhkum edilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri