27 
Mar
2024
13:16
13
96
1546
Virtual karabakh

Vadim Vasilyevin son durumu: “Sol əlim hələ də işləmir”

27 Mar, 2024
13:16
1546

Vadim Vasilyevin son durumu: “Sol əlim hələ də işləmir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyevin səhhətində irəliləyiş var.

Bu barədə İdman.biz-ə 52 yaşlı veteran hücumçunun özü məlumat verib.

O bildirib ki, hazırda özünü normal hiss edir:

“Hər şey eyni qaydada davam edir. Ötən gün həkim müayinəsinə getmişdim. Dedilər ki, səhhətimlə bağlı hər şey yaxşıya doğru gedir. Altı ay ərzində tam sağalacağıma ümid edirlər. Mən də gözləyirəm və çox inanıram ki, tam sağalacağam. Amma sol əlim hələ də işləmir. Əvvəlki vaxta nisbətən indi daha rahat hərəkət edə bilirəm”.

Qeyd edək ki, fevralın əvvəlində insult keçirən Vadim Vasilyev hazırda müalicəsini ev şəraitində davam etdirir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri