28 
Mar
2024
06:32
146
28
5111
Virtual karabakh

Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı

28 Mar, 2024
06:32
5111

Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İnter Mayami”nin hücumçusu Lionel Messi artıq oyundan həzz almadığını və komandasına kömək etmədiyini hiss edən kimi futbolu tərk edəcəyini etiraf edib.

Futbolçu bunu karyerasının bitmə vaxtı ilə bağlı sualı cavablandırarkən bildirib.

“Bilirəm ki, daha oynamağı bacarmadığımı, oyundan həzz almadığımı və komanda yoldaşlarıma kömək etmədiyimi hiss etdiyim anda mən gedəcəyəm. Öz nöqsanlarıma tənqidlə yanaşıram, özümü yaxşı və ya pis hiss etdiyimi, nə vaxt yaxşı, nə vaxt pis oynadığımı bilirəm. Bu addımı atmağın vaxtının gəldiyini hiss edəndə yaşımı düşünmədən bunu edəcəyəm. Özümü yaxşı hiss etsəm, oynamağa davam etməyə çalışacağam, çünki bu, mənim sevdiyim və necə edəcəyimi bildiyim bir işdir”, - Messi qeyd edib.

Xatırladaq ki, 36 yaşlı Messinin “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilin dekabrına qədərdir.

Mənbə: Championat.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri