29 
Mar
2024
22:32
164
9
1812
Virtual karabakh

“Qarabağ”ın legioneri: “Mənim təkliflər barədə məlumatım yoxdur”

29 Mar, 2024
22:32
1812

“Qarabağ”ın legioneri: “Mənim təkliflər barədə məlumatım yoxdur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Transfer işləri ilə agentim məşğul olur. Mənim təkliflər barədə məlumatım yoxdur”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Olavio Juninyo deyib.

“Kəpəz”ə 6:1 hesabı ilə qalib gəldikləri XXVIII tur matçından sonra açıqlama verən hücumçu “Qarabağ”la Azərbaycan çempionu olması barədə danışıb:

“Bu, peşəkar idmançı kimi birinci titulumdur və mənə əlavə sevinc bəxş edir. Hər mövsümdən əvvəl klub qarşısına hədəflər qoyur. Bu qədər erkən çempionluq gözləmirdim. Amma planımızda titula sahib çıxmaq var idi”.

Qeyd edək ki, Juninyoya Türkiyə klubları da daxil olmaqla, bir neçə yerdən transfer təklifləri gəldiyi barədə mediada vaxtaşırı məlumatlar tirajlanır. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri