30 
Mar
2024
21:45
127
20
2685
Virtual karabakh

“Zirə” səfərdə “Sabah”a qalib gəlib - YENİLƏNİB + VİDEO

30 Mar, 2024
21:45
2685

“Zirə” səfərdə “Sabah”a qalib gəlib - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasının XXVIII turunda “Zirə” “Sabah”a qalib gəlib.

Oxu.Az xəbər verir ki, matç “Bank Respublika Arena”da baş tutub.

Qarşılaşma “Zirə”nin minimal hesablı qələbəsi ilə yekunlaşıb. 1:0

Aktivinə üç xal yazan “qartallar” turnir cədvəlində üçüncü yerə yüksəliblər.

Məğlubiyyət isə “Sabah” klubunun bir pillə geriləməsinə səbəb olub. Onlar Azərbaycan Premyer liqasında 40 xalla dördüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, günün digər matçında “Səbail” evdə “Turan Tovuz”la heç-heçə edib. Tura martın 31-də yekun vurulacaq.

18:36

Azərbaycan Premyer Liqasında XXVIII turun növbəti oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, “Səbail” “ASCO Arena”da “Turan Tovuz”u qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

“Səbail”in heyətində 21-ci dəqiqədə Pedro Nuno hesabı açsa da ilk hissəyə artırılmış dördüncü dəqiqədə “Turan Tovuz”un oyunçusu Fərid Nəbiyev penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.

Aktivində 38 xalı olan “Səbail” Azərbaycan Premyer Liqasında 6-cı, “Turan Tovuz” isə 36 xalla yeddinci yerdədir.

Qeyd edək ki, tura martın 31-də yekun vurulacaq.

09:45

Azərbaycan Premyer Liqasında bu gün XXVIII turun növbəti iki oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, hər iki qarşılaşma Bakıda baş tutacaq.

Medallar uğrunda mübarizə aparan komandaların duelləri müvafiq olaraq “ASCO Arena” və “Bank Respublika Arena”da gerçəkləşəcək.

Azərbaycan Premyer Liqası

XXVIII tur

30 mart

16:30. “Səbail” - “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“ASCO Arena”

19:00. “Sabah” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bank Respublika Arena”

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XXVIII tura martın 29-da iki oyunla start verilib. “Neftçi” səfərdə “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib. Tofiq Bəhramov adına Respublika stadionunda “Kəpəz”i darmadağın (6:1) edən “Qarabağ” isə sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri