15 
Apr
2024
01:48
121
14
3375
Virtual karabakh

“Roma”nın huşunu itirən futbolçusunun son durumu açıqlandı - YENİLƏNİB + FOTO

15 Apr, 2024
01:48
3375

“Roma”nın huşunu itirən futbolçusunun son durumu açıqlandı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Roma”nın müdafiəçisi Evan Ndika özünü yaxşı hiss etsə də, xəstəxanada həkim nəzarəti altında qalır”.

Bu barədə “Roma” komandasından məlumat verilib.

“Komanda Ndikanı xəstəxanada ziyarət edib. Evan özünü yaxşı hiss edir və əhval-ruhiyyəsi yaxşıdır. O, xəstəxanada həkimlərin nəzarəti altında qalacaq”, - məlumatda bildirilir.

Qeyd edək ki, “Roma”nın müdafiəçisi Evan Ndika özünü pis hiss edib, nəticədə o, qazonun üzərinə uzanıb və meydanı ancaq xərəkdə tərk edə bilib. Nəticədə hakim Luka Payretto görüşdən sonra oyunu dayandırmaq qərarına gəlib.

Qarşılaşma dayandırıldığı andan etibarən başqa bir gündə başa çatacaq.

Mənbə: sportmaps.ru

14.04.2024, 22:40

İtaliyanın “Roma” futbol klubunun və Kot-d'İvuarın millisinin müdafiəçisi Evan Ndika futbol üzrə İtaliya çempionatında “Udineze” ilə matçda huşunu itirib.

Hadisə oyunun 73-cü dəqiqəsində baş verib. Futbolçuya meydançada tibbi yardım göstərilib və o özünə gəlib. Daha sonra onu xərəklə meydançadan aparıblar.

Bir müddət sonra görüşün baş hakimi matçı başa vurmamaq qərarına gəlib. Oyun dayandırılan vaxtda hesab bərabər olub - 1:1.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri