17 
Apr
2024
23:36
64
79
3706
Virtual karabakh

“Fənərbağça”dan futbolçularına çoxmilyonluq pul mükafatı

17 Apr, 2024
23:36
3706

“Fənərbağça”dan futbolçularına çoxmilyonluq pul mükafatı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Super Liqasında sona altı tur qalmış “Fənərbağça” lider “Qalatasaray”ı izləməkdə davam edib.

Klub rəhbərliyi bu rəqabətdə öz futbolçularını həvəsləndirmək üçün əlini cibinə salıb.

Belə ki, motivasiya məqsədilə “Qalatasaray” ilə oyuna qədər liqada oynanılacaq dörd oyun üçün 160 milyon lirə (8 milyon 352 min manat) mükafat təyin edilib.

Qeyd edək ki, növbəti dörd tur ərzində “Fənər” “Sivasspor”, “Beşiktaş”, “Konyaspor” və “Kayserispor”la qarşılaşacaq.

Hazırda Super Liqada keçirdiyi son yeddi matçda qalib gələn “Fənərbağça” 85 xalla lider “Qalatasaray”dan iki xal geri qalır.

Mənbə: Akşam

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri