18 
Apr
2024
19:10
97
7
1248
Virtual karabakh

UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar AŞKARLADI - FOTO

18 Apr, 2024
19:10
1248

UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar AŞKARLADI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Stadionumuzda çatışmazlıqlar həddən artıq çoxdur”.

Bunu “Report”a “Turan Tovuz”un İdarə Heyətinin sədr müavini, klubun infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev deyib.

Klub rəsmisi UEFA-nın stadion inspektoru Neboyşa İvkoviçin Tovuz şəhər stadionuna baxış keçirməsi barədə danışıb:

“UEFA nümayəndəsi ilə dörd saata yaxın görüşümüz oldu. Stadionun hər nöqtəsinə baxış keçirildi. Konfrans Liqasına vəsiqə qazanacağımız təqdirdə, ilk təsnifat görüşü Tovuzda keçirilə bilər. Müəyyən çatışmazlıqlar var, ancaq onları aradan qaldıra bilərik. Arenanın ikinci təsnifat mərhələsi üçün hazır vəziyyətə gətirilməsi iki ay vaxt aparacaq. Burada isə görüləcək işlər çoxdur və böyük maliyyə vəsaiti tələb edir. Ancaq biz bunu da bacara bilərik. Sadəcə, vaxtımız məhduddur”.

Ə.Balakişiyev stadionun süni örtüyünün təbii qazonla əvəzlənəcəyini bildirib: “Növbəti mövsümün startına qədər bu işi bitirmək istəyirik. Lakin avrokuboklara vəsiqə qazanacağımız təqdirdə, bu proses müvəqqəti yubana bilər. Çünki UEFA təsnifat mərhələsinin görüşlərini süni meydanda keçirməyə icazə verir. Bundan başqa, növbəti mövsümün əvvəlinə qədər işıqlandırma problemini də həll edəcəyik”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri