18 
Apr
2024
20:52
158
8
820
yuxarı
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
18 Apr, 2024
20:52
820
158
8
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.
Federasiyanın Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kq çəkidə mübarizə aparan milli üzvü 1/16 finalda Laşa Qaqnidze (Gürcüstan) ilə qarşılaşıb.
Rəqibini məğlub edən boksçumuz 1/8 finalda ilk mərhələdən azad olan ispaniyalı Oyer İbarriçe ilə üz-üzə gələcək. Görüş aprelin 21-də baş tutacaq.
Qeyd edək ki, 34 ölkədən 337 (216 kişi, 121 qadın) idmançının qatıldığı Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək