19 
Apr
2024
01:58
54
138
2824
Virtual karabakh

Konfrans Liqası: “Fənərbağça”nın “lotereya”da bəxti gətirmədi - VİDEO

19 Apr, 2024
01:58
2824

Konfrans Liqası: “Fənərbağça”nın “lotereya”da bəxti gətirmədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

“Fənərbağça” İstanbulda “Olimpiakos”u qəbul edib. İlk görüşdə 3:2 hesabı ilə uduzan “sarı-lacivərdlər” cavab matçının əsas vaxtında minimal hesabla qalib gəliblər - 1:0 (3:3).

Əlavə vaxtda hesab dəyişmədiyindən penaltilər seriyası qaçılmaz olub. Burada isə yunanlar daha sərrast olmaqla yarımfinala adlayıblar - 2:3.

Digər qarşılaşmada “Brügge” səfərdə PAOK-u yenərək yoluna davam edib - 0:2 (0:3).

Xatırladaq ki, daha əvvəl “Fiorentina” və “Aston Villa” da yarımfinala vəsiqə qazanıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri