19 
Apr
2024
18:44
109
15
1879
Virtual karabakh

Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib - YENİLƏNİB + VİDEO

19 Apr, 2024
18:44
1879

Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.

Oxu.Az-ın məlumatına görə, turun açılış oyunu Tovuzda keçirilib.

“Turan Tovuz” doğma azarkeşləri önündə “Sumqayıt”ı qəbul edib. Birinci hissə qonaqların üstünlüyü şəraitində keçib. “Gənclik şəhəri” təmsilçisi ardıcıl qollar sayəsində 2 top fərqi ilə önə keçib. Əvvəlcə 15-ci dəqiqədə Şəhriyar Əliyev avtoqol müəllifi olub. 22-ci dəqiqədə isə Erik Sorqa adını tabloya yazdırıb.

Qərb təmsilçisi fasilədən dərhal sonra fərqi minimuma endirib. Otto Con 52-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirib. Lakin tovuzluların bundan artığına gücləri çatmayıb. Əvəzində qonaqlar 88-ci dəqiqədə üçüncü dəfə rəqibi mərkəzə dəvət ediblər: Səbuhi Abdullazadə fərqlənib. Qarşılaşmada son nöqtəni isə 90+5-ci dəqiqədə Cordan Rezabala qoyub.

Beləliklə, 4:1 hesablı qələbə qazanan “Sumqayıt” xallarının sayını 47-yə yüksəldib. “Turan Tovuz” isə 42 xalda qalıb.

Qeyd edək ki, turun digər oyunları aprelin 20-21-də keçiriləcək.

09:40

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək.

Oxu.Az-ın məlumatına görə, günün yeganə matçı Tovuzda keçiriləcək.

“Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşma saat 16:30-da başlayacaq.

Meydan sahibləri 42 xalla altıncı, “gənclik şəhəri” təmsilçisi 44 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər matçları aprelin 20-21-də gerçəkləşəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri