19 
Apr
2024
14:04
172
5
2057
Virtual karabakh

Akrobatik zərbə ilə qol vuran qazi: “O an elə bildim ki, ayağım var” - VİDEO

19 Apr, 2024
14:04
2057

Akrobatik zərbə ilə qol vuran qazi: “O an elə bildim ki, ayağım var” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mənim üçün 30 illik həsrətə son qoymaq böyük şərəf oldu”.

Bu sözləri 44 günlük Vətən müharibəsi qazisi, “Qarabağ” amputant futbol klubunun üzvü Sənan Hacıyev İTV-yə müsahibəsi zamanı deyib.

O, müharibə zamanı minaya düşərək sağ ayağını itirdiyini deyib.

“Bir müddət özümə qapandım. Ən böyük arzum futbolun əlimdən çıxacağını düşündüm. Amma daha sonra amputant futbol komandasına qoşuldum, burada artıq əlil olduğumu unutdum. Futbolda çətin qolları vurmağı çox sevirəm. Oyunların birində də top qalxdı göyə, o an ayağım olmadığını unutdum, çəlikləri atdım və qol vurdum”, - deyə qazi qeyd edib.

Qeyd edək ki, S.Hacıyev “Qarabağ” və “Neftçi” amputant futbol klubları arasında keçirilən qarşılaşmada akrobatik zərbə ilə qol vurub.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri