24 
Apr
2024
23:56
79
6
569
Virtual karabakh

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

24 Apr, 2024
23:56
569

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 24-də üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb.

Oxu.Az xəbər verir ki, Bakı Su İdman Sarayında təşkil olunan yarışlara 3-cü idman dərəcəsi olan üzgüçülər qatılıblar.

İdmançıların rəsmi paradından sonra açılış mərasimində çıxış edən Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) baş katibinin müavini Tamerlan Abdullazadə Gənclər və İdman Nazirliyi və AÜF-ün təşkilatçılığı ilə bu kimi yarışların keçirilməsinin ölkəmizdə bu idman növünə marağın artmasına yardımçı olduğunu bildirib. Federasiya rəsmisi vurğulayıb ki, belə idman tədbirlərinin təşkili perspektivli üzgüçülərin vaxtında aşkar edilməsində, onların milli komandanın tərkibinə cəlb olunmasında vacib rol oynayır.

Gənclər və İdman Nazirliyinin 2024-cü il üçün idman səfiri seçilmiş taekvondoçu Fəridə Əzizova isə çıxış edərək ölkəmizdə idmanın bütün növlərinə, eləcə də su idmanı növlərinə dövlət tərəfindən böyük diqqət və qayğının olduğunu söyləyib.

Rəsmi çıxışlardan sonra çempionat açıq elan olunub.

Beynəlxalq Üzgüçülük Federasiyasının, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasıyasının nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən açıq çempionatda Bakı və Sumqayıtdan, o cümlədən Gəncə, Quba, Şəki, Mingəçevir şəhərlərindən 23 müxtəlif klubun və idman cəmiyyətlərinin idmançıları güclərini sınayırlar. Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstanın Tbilisi klubunun üzgüçüləri də mübarizə aparırlar.

Ümumilikdə 200-dən çox idmançının mübarizə apardığı birincilikdə üzgüçülər 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst üsullarda, 50,100, 200 metr məsafələrdə arxası üstə, brass və batterfley üsullarda üzürlər.

Dörd gün davam edəcək yarışın sonunda qaliblər Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən müvafiq diplomlarla təltif olunacaqlar.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri