28 
Apr
2024
01:30
26
24
1100
yuxarı
“Çelsi” “Aston Villa” ilə sülh bağladı - VİDEO
28 Apr, 2024
01:30
1100
26
24
“Çelsi” “Aston Villa” ilə sülh bağladı - VİDEO
İngiltərə Premyer Liqasının 35-ci turunda Birmingem “Aston Villa”sı ilə London “Çelsi”si qarşılaşıb.
Görüş Birmingemdəki “Villa Park” stadionunda baş tutub və heç-heçə başa çatıb - 2:2.
Dördüncü dəqiqədə Mark Kukurellanın avtoqolu meydan sahiblərinə hesabda önə keçməyə imkan verib. 42-ci dəqiqədə Morqan Rocers fərqi artırıb. London klubu ikinci hissədə Noni Madueke və Konor Qallaherin dəqiq zərbələri ilə cavab verib.
“Aston Villa” 35 matçda 67 xal toplayaraq turnir cədvəlində dördüncü pillədəki mövqeyini möhkəmləndirib. “Çelsi” eyni sayda matçdan sonra 48 xalla 9-cu yerdədir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək