Avq
2015
22:43
177
194
27970
Virtual karabakh

Cavid Hüseynovun qohumları jurnalisti döydülər - FOTO

8 Avq, 2015
22:43
27970

Cavid Hüseynovun qohumları jurnalisti döydülər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbolçunu tənqidə görə Rasim Əliyevin qabırğalarını sındırdılar.

Jurnalist Rasim Əliyev “Qəbələ”nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalist İlqar Vəliyev özünün Facebook səhifəsində məlumat yayıb. 

O yazıb ki, ANN TV-nin əməkdaşı olan Rasim Əliyev ağır xəsarətlər alıb və hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasındadır (keçmiş Semaşko). Jurnalistin qabırğalarını sındırıblar və onun sol qulağı eşitmir.

Rasim Əliyevi ona görə döyüblər ki, o Facebook səhifəsində Cavid Hüseynovu Kiprin “Appolon” komandası ilə Avropa Liqasının üçüncü təsnifat mərhələsində cavab oyunundan sonra kiprli jurlanistin ünvanına jestinə görə tənqid edib. Kiprli Caviddən onun nəyə görə oyundan sonra Türkiyə bayrağını götürdüyünü soruşub. 

Rasim Əliyev Facebook-da status yazandan sonra ona telefonla hədə-qorxu gəliblər. Sonra Cavid Hüseynovun özü ona zəng vurub. Onlar kifayət qədər sakit danışıblar və futbolçu ona hərəkətinin səbəblərini izah edib.

Lakin futbolçunun qohumları sakitləşməyib. Onlar Rasimə zəng vuraraq onu çaya dəvət ediblər. Rasim Bayılda baş tutan görüşə gedib. Elə orada 7-8 nəfər KİV nümayəndəsinə hücum edərək onu döyüblər və telefonunu əlindən alıblar. 

F.H.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri